1945-ci il aprelin 29-da ABŞ piyada qoşunları heç bir təzyiq olmadan “Daxau lager”inin yerləşdiyi bölgəyə daxil oldular. Düşərgənin mühafizəçiləri qalibləri böyük coşqu ilə qarşıladılar. Bu hadisədən bir gün əvvəl düşərgənin rəhbəri Henrix Skodzenski əsgərlərinin təhlükəsizliyi qarşılığında onları əsir verməyə hazır olduğunu Amerika tərəfinə bildirmişdi. Bununla əlaqədar general Henrix amerikalı general Qarr Kollinza ilə memorandum imzalayır: “Biz düşərgəyə yaxınlaşdığımızda 3 nəfər ağ bayraqlı şəxs bizi qarşıladı. Onlar düşərgə rəhbəri və onun köməkçiləri olduqlarını bildirdilər. Biz düşərgəyə daxil olduğumuzda burada 560 mühafizəçi və 42 min məhbus vardı. Onlar məndən kim olduğumu soruşdular. Bildirdim ki, ABŞ ordusunun 42-ci diviziyasının komandirinin köməkçisiyəm. Bir neçə dəqiqə sonra düşərgəyə bir qatar yaxınlaşdı. Qatarın vaqonları insan cəsədi ilə dolu idi. Sonra biz düşərgədəki evlərə baxdıq. Bir neçə ev ağzına kimi cəsədlərlə doldurulmuşdu. Bundan sonra düşərgədəki mühafizəçiləri əsir götürdük”.
1945-ci il 8 iyununda polkovnik Cozef Viteykerin əmri ilə düşərgədə təmizlənmə işləri aparıldı:
“Amerikalı əsgərlər düşərgədə gördüklərindən dəhşətə gəlmişdilər. Həmin günün səhəri 122 alman əsgəri güllələndi. Bir neçə saat sonra 40 mühafizəçi də öldürüldü. Günorta saatlarında 358 alman əsgəri pulemyotun hədəfinə tuş gəldi. 40 aman əsgər qaçmağa çalışdı. Onlardan 30-u öldürüldü. 10-u isə qaçmağa nail oldu”.
Məlumatlara görə, Daxau düşərgəsində olan kütləvi edamlar dünya müharibəsi zamanı heç bir ölkədə görünməmişdi. Rəsmi rəqəmlərdə bu düşərgədə öldürülən insanların sayının 10 minlərlə olduğu bildirilib.