Rusiya Dövlət Dumasının üzvləri Suriyada Bəşər Əsədlə görüşüb.
Teleqraf.com “Röyter” agentliyinə istinadla bildirir ki, ABŞ, Fransa və İngiltərənin hava zərbələrindən sonra Suriyada Əsədlə görüşən rus heyəti prezidentin əhvalının yaxşı olduğunu, habelə hava hücumundan müdafiə sistemlərinə görə Rusiyaya minnətdarlıq etdiyini qeyd ediblər.
Görüş zamanı Bəşər Əsəd üçlüyün Suriyanı vurmasını Qərbin aqressiv hərəkəti kimi qiymətləndirib.