15 Aprel 2018 18:14
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın İşçi Partiyasının lideri Ceremi Korbin Baş nazir Tereza Meyin Suriyada iştirak haqda qərarına etiraz edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, partiya lideri Tereza Meyin Birləşmiş Krallığın ABŞ və Fransayla birgə həyata keçirilən Suriya hücumunda yer almasını sərt tənqid edib.

O, baş naziri “ABŞ prezidenti Donald Trampın arxasınca sürünməkdə” günahlandırıb.

Qeyd edək ki, Tereza Mey son açıqlamasında Londonun Suriya mövzusunda ABŞ və Fransa ilə birgə hərəkət etməsini humanitar səbəblərlə əlaqələndirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər