16 Aprel 2018 09:15
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ABŞ ilə danışıqlara layiq deyil.

Teleqraf.com xəbər verir ki, u barədə "CBS" telekanalına müsahibəsi zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

N.Heyli deyib: "Biz Suriya ilə birbaşa danışıqlar aparmaq istəməzdik. Onlar (Suriya hakimiyyəti) Birləşmiş Ştatlarla danışıqlara layiq deyillər. Onlar yalnız öz xalqına əzab verirlər və vətənlərini məhv edirlər".

Daimi nümayəndə qeyd edib ki, ABŞ-ın Böyük Britaniya və Fransa ilə Suriyaya endirdiyi hava zərbələri bu ölkənin kimyəvi silah proqramını bir çox il geriyə atmağa imkan verdi.


Müəllif: Teleqraf.com