26 Aprel 2018 23:31
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə Mühafizəkarlar Partiyasından deputat seçilən Domini Raabın 20 yaşlı katibəsinin zəngin adamlarla cinsi əlaqəyə girmək üçün internet saytlarının birində bazarlıq etdiyi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, olaydan hali olan "Daily Mirror" qəzetinin müxbiri müştəri qismində qadınla təmas qurub.

Katibə "müştəri" ilə beş ulduzlu oteldə görüşə biləcəyini bildirib. Eyni zamanda qeyd edib ki, əgər qarşı tərəf onunla deputatın masası üzərində əlaqəyə girmək istəyirsə əlavə 750 pound ödəməlidir.

Katibə bildirib ki, o, ayda 14 min manat qazanmaq üçün fahişəlik etməyə məcburdur.

Katibə "müştəriyə" deputatı daim izlədiyini və onu şantaj edə biləcəyini də söyləyib.

Məsələ ictimailəşəndən sonra hüquq mühafizə orqanları hərəkətə keçib. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Ayxan

Oxşar xəbərlər