İŞİD lideri: “Mənə biət eləməlidir!”
Özünü xəlifə elan edən İŞİD lideri Əbubəkr əl Bağdadi Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın ölüm əmrini verib. O, Türkiyə və Ərdoğanı düşmən elan edib.
Teleqraf.com-un məlumatınan görə, avqustun 10-da keçirilən prezident seçkilərini şərh edən İŞİD lideri öz tərəfdarlarına Ərdoğana qarşı savaş açılmasını əmr edib. Bağdadinin fikrincə, Ərdoğan şəriətə görə davranmır: “Ərdoğan dünyəvidir, şəriətə görə davranmır və peşmərgəni dəstəkləyir. Yaxın zamanda “İslam oğulları”nın birbaşa qarşısında görəcək. Ərdoğan dövləti dünyəvi və din adına idarə etmir. O, mənə biət etməlidir”.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snouden Bağdadinin ərəb deyil, yəhudi və əsl adının Şimon Eilot olduğunu açıqlamışdı.
Nərgiz