Yaponiyanın Tokio Universitetinin alimləri bioloji robot hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sciene Robotics”də yayımlanan məqalədə deyilir.
Robot canlı sıçan əzələsi, metal və plastikdən hazırlanmış karkasdan ibarətdir. O insan barmaqlarının hərəkətlərini imitasiya edir.
Yeni robotun oynağı təxminən 90 dərəcəyə qədər əyilə bilir. Bu, nisbətən mürəkkəb vəzifələri yerinə yetirməyə imkan verir. Robot əşyaları qaldırmaq və onların yerini dəyişmək iqtidarındadır.