5 İyun 2018 11:16
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Kopırkin iyunun 4-də etimadnaməsini Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyana təqdim etməklə bu ölkədə rəsmən fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, maraqlıdır ki, Rusiyanın Ermənistandakı səfir postu cəmi ay yarım boş qalıb:

“Bundan əvvəlki səfir İvan Volınkin Ermənistanı aprelin ortalarında tərk edib. İndi gəlin xatırlayaq, görək Rusiyanın Azərbaycandakı səfiri postu neçə aydır boşdur. Düz 6 ay. Keçmiş səfir Vladimir Doroxin Bakını ötən ilin noyabr ayında tərk edib. Yeni səfir Mixail Boçarnikovu isə Rusiya Prezidenti Vladimir Putin bu ayın əvvəlində təsdiq edib və səfir hələ etimadnaməsini Bakıya təqdim etməyib. Söhbət ondan getmir ki, Rusiya Azərbaycanda səfir postunu çox boş saxlamamalıdır. Əsas məsələ odur ki, Rusiya Azərbaycanda bir müddət səfirsiz keçinə bilir, Ermənistanı isə uzun müddətə nəzarətdən kənar qoymaq istəmir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər