Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla olan telefon danışığını sosislə müqayisə edib.
Teleqraf.com “Hürriyət”ə istinadla xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Makron Trampla telefon danışığının detalları ilə bağlı suala maraqlı cavab verib.
Emmanuel Makron XIX əsrin dövlət xadimi Otto von Bismarkın məşhur deyimini xatırladıb: “Bismarkın dediyi kimi əgər insanlara sosisin necə hazırlandığı barədə məlumat verilsəydi, onu heç kəs yeməzdi. Ona görə də insanların yeməklərin hazırlanma mərhələsini yox, son halını görməsini istəyirəm”.
Emmanuel Makron amerikalı həmkarı ilə Kanadada G7 zirvəsində bir araya gələcəyini vurğulayıb.