Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalındakı terrorçulara məxsus hədəfləri vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Baş qərargahdan verilən açıqlamaya görə, İraqın şimalındakı Zap, Hakurk və Qəndildə hava əməliyyatı keçirilib. Hücum nəticəsində terrorçulara məxsus sığınacaq və silah anbarı məhv edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İraqın şimalındakı mövqeləri vura biləcəyini söyləmişdi.