Bu gün Tbilisidə 1 dekabr 2017-ci il tarixində paytaxtda iki məktəblinin qətl işi ilə bağlı təhqiqat zamanı Gürcüstan Baş Prokurorluğunun keçmiş əməkdaşı Mirza Subeliani saxlanılıb.
Bunu brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvili deyib.
Subelianiyə qarşı cinayət barədə məlumat verməmək ittihamı irəli sürülüb. O, Baş Prokurorluqda tutduğu vəzifəni qətl hadisəsindən 3 gün sonra – 4 dekabr 2017-ci il tarixində tərk edib.