10 İyun 2018 11:32
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərində sürprizlərin olması ehtimalı yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Orxan Qafarlı deyib.

O, müxalifətin parlamentdə üstünlük qazana biləcəyinə də diqqət çəkib:

“Türkiyədə parlament və prezident seçkilərinə bir neçə gün qalmış hansısa nəticələrdən danışmaq çətindir. Amma seçkilərdən əvvəl bir sıra məqamlar diqqət çəkir. Birincisi budur ki, seçkilərin nəticələri baxımından, sürprizin olacağı ehtimalı yüksəkdir. Lakin bu o demək deyil ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) tamamilə məğlub olacaq”.

Orxan Qafarlı seçkilərlə bağlı mümkün ehtimalları sadalayıb:

“Prezident seçkilərini AKP-nin namizədki, yaxud, Prezident Rəcəb Tayyib Ərdoğan 51-53% arası səs yığacaq. Parlamentdə isə balans müxalifətin xeyrinə olacaq. Müxalifət mandatların 52, AKP isə 48%-ni götürə bilər. Başqa sözlə, prezident seçkilərində qalib gələn Ərdoğan parlament seçkilərində müxalifətə məğlub olacaq. Lakin müxalif namizədinin cüzi fərqlə qazanması seçkilərin yenidən keçirilməsinə şərait yarada bilər. Bu ehtimal da istisna deyil.

Məhərrəm İncə və Meral Akşener arasındakı rəqabətə gəlincə, çox cüzi fərqlə birincinin qalib gələcəyini düşünürüm. Amma əksi də ola bilər. Bütün hallarda isə hazırda Türkiyədə hökm sürən vəziyyətə nəzər salsaq, bu ehtimallara da inanmamaq lazımdır. Sürprizlərin olacağı istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər