Türkiyədə "Uçan balıq" adı verilən pilotsuz təyyarənin istehsalına start verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə pilotsuz təyyarə istehsal edən şirkətin rəhbəri, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuk Bayraqdar məlumat verib. O, təyyarənin fotosunu paylaşaraq "istehsala böyük "Uçan balıq" girdi. Yolda gəlir... Təqib edin" sözlərini yazıb.
İki motorlu təyyarə 24 saat havada qala bilir. 5 ton ağırlığında yük götürür. Təyyarə 2020-ci ildə ordunun istifadəsinə veriləcək.