15 İyun 2018 01:28
3 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının 3 bölgəyə ayırmasını təklif edən layihənin refenduma çıxarılması üçün lazımi sayda imza toplanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, noyabrın 6-da keçirilməsi nəzərdə tutulan referedumunda ştatın Kaliforniya, Şimali və Cənubi Kaliforniyaya bölünüb-bölünməyəcəyi barədə qərar veriləcək. İmzatoplama aksiyasında referendumun keçirilməsi üçün 420 min səs yığılıb.

Referandumda ştatın 3 yerə ayrılması barədə qərar verilsə belə, layihə sonda ABŞ Konqresi tərəfindən təsdiq edilməlidir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər