Yaponiyanın Yer, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin nəqliyyatda təhlükəsizlik komissiyası Okinava adasında yerləşən Naxa hava limanında baş verən insidentin araşdırılması üçün hadisə yerinə komissiya göndərib.
Teleqraf.com xəbər verir ki, insident sərnişin təyyarəsinin havaya qalxması zamanı ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus iki qırıcı təyyarənin qəflətən təyyarənin uçuş-eniş zolağı üzərinə qalxmasından ibarətdir. Bu zaman onlar potensial qəza vəziyyəti yaradıblar.
Hava limanının dispetçeri qırıcı təyyarələrin pilotlarına dayanmaq göstərişi verib. Ancaq onlar dayanmayıb və içərisində 35 sərnişin olan təyyarəyə maksimum dərəcədə yaxınlaşıblar. Nəhayət, dispetçer sərnişin təyyarəsinin pilotu ilə əlaqə yaratmağa müvəffəq olub və reys təxirə salınıb.
Pilotlar isə təhqiqat zamanı dispetçerin göstərişini eşitmədiklərini söyləyiblər.