17 İyun 2018 13:17
1 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa bir sıra təhlükələr, o cümlədən Rusiya təhlükəsi qarşısında ABŞ-a güvənməyin mümkün olmadığını anlamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu Latviya Prezidenti Raymond Veyonis bildirib.

O qeyd edib ki, NATO qarşısında bir sıra təhdidlər dayanır: “Bura, o cümlədən Şimali Atlantika alyansının cənubunda – Suriya və Şimali Afrikada yaşanan qeyri-sabitlik, həmçinin, Çinin güclənən təsirləri daxildir”.

Siyasətçinin fikrincə, bir çağırış da “öz əzələlərini nümayiş etdirən” Rusiyadır.


Müəllif: Səxavət

Oxşar xəbərlər