Dünya çempionatının qrup mərhələsində Argentina - İslandiya matçını tribunadan izləyən Dieqo Maradona stadionda siqar çəkdiyinə görə üzr istəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əfsanəvi futbolçu sosial şəbəkədə paylaşım edərək stadionda siqaret qadağasından xəbərsiz olduğunu qeyd edib:
“Argentinalılar üçün çox vacib və çətin oyun idi. Matç çox gərgin atmosferdə keçirdi. Açığı, stadionlarda siqaret çəkmək barədə qadağadan bixəbər idim. Buna görə də bütün azarkeşlərdən və turnirin təşkilatçılarından üzr isəyirəm.
Argentinanın bizə həmişəkindən daha çox ehtiyacı var. İrəli, Argentina... Gəlin komandamızı heç vaxt olmadığı qədər dəstəkləyək”.