Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yüz minlərlə insanın iştirakı ilə keçirilən seçki aksiyasında rəqibi Məhərrəm İncənin AKP hökumətinin ötən müddət ərzində ölkədə inşa etdirdiyi tikililərə ironik yanaşmalarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan tikililərin dövlətin gücündən xəbər verdiyini İncəyə xatırladıb: "Bay Məhərrəm sənin hövsələn belə bir hava limanını (İstanbul Yeni Hava limanı) qəbul edərmi? Zatən başdan buna qarşı çıxdınız. "Nə işimiz var bizim hava limanında", dediniz. Kanal İstanbul... "Nə işimiz var bizin Kanal İstanbulda dediniz. İndi də bizim inşa etdirdiyimiz külliyyəyə dil uzadır. Zatən ustası da elə idi. Gəlməyəcəyəm dedi, sonra kuzu-kuzu (bala-bala) gəldi. Bir xatirəni danışacam. Cənab Putin Türkiyəyə ziyarət etdi. İlk gəlişi idi. Bizim salonda onunla söhbət edərkən ətrafı süzdü. Ayrılarkən “böyük dövlət olmanın əlamətlərindən biri də budur", dedi".
Ərdoğan İncəyə Putinin sözlərin xatırlatdı