22 İyun 2018 12:32
1 975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Ermənistana 3 milyon avro yardım ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı və Ermənistan hökuməti arasında keçirilmiş iclasda məlumat verilib.

Qeyd edək ki, bununla bağlı anlaşma 2017-ci ilin noyabr ayında əldə edilmişdi.

3 milyon avro suriyalı qaçqınların Ermənistan ərazilərində yerləşdirilməsi məqsədilə ayrılıb. Avropa İttifaqı bununla bağlı Türkiyəyə müraciət edərək, onu Ermənistanla işbirliyinə çağırıb.

Erməni mənbələr Suriyadan gələcək qaçqınların yerləşəcəyi məkanlar arasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin də adını çəkirlər.


Müəllif: Mənsur Rəğbətoğlu