24 İyun 2018 01:29
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada bu gün ölkədə keçiriləcək prezident və parlament seçkilərində təxribat yaratmaq hazırlığında şübhəli bilinən 11 PKK-çı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Agentliyin xəbərində bildirilir ki, bununla bağlı əməliyyat Ankaranın Antiterror İdarəsi tərəfindən keçirilib. Məlumata görə, PKK üzvləri qrup tərkibində təxribata hazırlığı müzakirə ediblər.

Agentlik həmçinin İzmir şəhərində prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə şübhəli bilinən 6 nəfərin də saxlanıldığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər