İnvestorlar “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi şirkətin idarə heyətinin sədri vəzifəsindən istefaya göndərməyə hazırlaşırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.
Xəbərə görə, investorlar onun kompaniyanı idarə etməsindən razı deyillər. Onların fikrincə, ardıcıl baş verən qalmaqallardan sonra rəhbərlik lazımi tədbirlər görməyib.
“Bizim şirkətin idarəetmə strukturu ilə bağlı narazılığımız var. Kompaniya problemlərlə üzləşməyə hazır deyil və bu daha böyük risklərə gətirib çıxara biləcər”,- deyə səhmdarlardan biri olan Skott Strinqer bildirib.
İnvestorlar açıq şəkildə Zukerberqin idarə heyətinin sədri postunu tərk etməsini təkid edirlər.
Xatırladaq ki, Stiv Cobsda bir vaxtlar özünün yaratdığı “Apple” şirkətinin rəhbərliyindən uzaqlaşdırılmışdı.