27 İyun 2018 17:07
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Maharaştra ştatında Su-30MKİ qırıcısı qəzaya uğrayıb. Pilot vaxtında katapult edə bilib.

Teleqraf.com xəbər veriri ki, bu barədə “İndia Tayms” məlumat yayıb.

İnsident Naşik ştatından 25 km aralıda qeydə alınıb. Qırıcının sınaq mərhləsində olduğu və Hərbi Hava Qüvvələrinin heyətinə daxil olmadığı bildirilib. Onun Rusiyanın “Suxoy” şirkətinin lisenziyası əsasında hazırlandığı vurğulanıb.

İlkin ehtimala görə, qəza texniki səbəblərdən baş verib.

Hindistanda indiyə kimi 8 ədəd Su-30MKİ qəzaya uğrayıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər