Hindistanda yaşayan 35 yaşlı Anusuiya Dev adlı gənc qadının bədənindən naməlum səbəblərdən iynə çıxır.
Teleqraf.com xəbər verir ki, 2012-ci ildən bəri qadının ayaqlarında şişkinlik əmələ gəlməyə başlayıb. Həkim müayinəsi zamanı onun ayaqlarında çoxsaylı iynə aşkarlanıb.
Qadın 5 ildir davam edən kəskin ağrılara görə oturub-durmaqda, yeriməkdə əziyyət çəkir. Hazırda o, ağrılarını dayandıracaq dərmanlar üçün həkimlərə yalvarır.
Həkimlər isə iynə və mismarları qadının özünün ayağına batırdığını bildirirlər. Qadın iddianı yalanlayır: “5 ildir bu problemdən əziyyət çəkirəm, iynələrin ayağıma necə girdiyini bilmirəm. Kəskin ağrılardan usanmışam. Ayağımda kiçik qabarıqlar əmələ gəlməyə başladı, sonra onlarına arasından iynələr çıxdı”.
Sonda qadın daha bir xəstəxanaya gedib. Həkimlər onu müayinə etdikdə şoka düşüblər: “Qadının bütün bədənini müayinə etdik, 70 fərqli iynə tapdıq. Bunun tibdə izahı yoxdur”.