Malayziyada 11 yaşlı qızın 41 yaşlı kişiyə ərə verilməsi ölkədə böyük etiraza səbəb olub. Teleqraf.com xəbər verir ki, hüquq müdafiəçiləri qızlar üçün evlilik yaşının 18-ə qaldırılmasını tələb edirlər.
Ölkədə qadınlara 16 yaşında ərə getməyə icazə verilmir. Amma buradakı müsəlmanlar qızlarını daha aşağı yaşda ərə verirlər. Müsəlmanlara 4 arvad saxlamağa icazə verilir.
Ölkədə 16 min qız 15 yaşına çatmadan ərə verilir. Qanunvericilik bunu qadağan etsə də, insanlar adət-ənənələrə söykənərək zərərli əməlləri davam etdirirlər.
UNİCEF Malayziyada qızlarıç aşağı yaşda ərə verilməsinə etiraz olaraq bəyanat yayıb.