Hindistanda bir ailənin 11 üzvü eyni evdə gözləri və əlləri bağlı şəkildə tavandan asılmış vəziyyətdə tapılıb.
Teleqraf.com-un məlumatına görə, polis evdəki yazılı vərəqələrdən belə nəticəyə gəlib ki, ailə kollektiv dini ayin icra edib.
Hindistan polisi hadisənin bazar günü baş verdiyini bildirib. 4 kişi, 7 qadın olmaqla ümumilikdə 11 nəfər ölü tapılıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Bununla belə polis hesab edir ki, qurbanların əllərinin və gözlərinin bağlı onların mistik tədbir keçirmələri versiyasını gücləndirir.