4 İyul 2018 20:37
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan ağır cinayətlər törətmiş şəxslərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsini təklif edib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.

Zeynalyana görə, ağır cinayətlər, xüsusilə Vətənə xəyanət ittihamı irəli sürülmüş şəxslərə qarşı cəza tədbirləri ikiqat sərtləşdirilməlidir. Nazir bununla bağlı parlamentə təqdim edilmiş qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsinin vacibliyinə diqqət çəkib.

Parlamentdəki “Yelk” frakasiyasının deputatı Edmon Manukyan isə vətən xainlərinə qarşı daha sərt cəzaların verilməsinin tərəfdarı olduğunu qeyd edərək, edam cəzasının – güllələnmənin qanun layihəsinə salınmasını təklif edib: “Hesab edirəm ki, vətən xainlərinə verilə biləcək ən yaxşı cavab güllədir. Güllələnsinlər”.

Qeyd edək ki, vaxtilə Baş nazir Nikol Paşinyanın təmsil olunduğu fraksiyanın üzvü olan Edmon Manukyan bir müddət əvvəl keçmiş prezident Serj Sərkisyanı və tərəfdarlarını vətənə xəyanətdə ittiham etdi.

Manukyan Sərkisyan iqtidarının devrilməsi ilə yadda qalan etiraz aksiyalarının təşkilatçılarından biri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər