7 İyul 2018 10:46
2 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Almaniyadakı hərbi bazaları və canlı qüvvələrini çıxarmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, Pentaqon da, bununla bağlı yayılmış məlumatları qəbul etməyib.

Lakin Pentaqonun əksinə olaraq, Ağ Evdən “Vaşinqton Post”a daxil olan məlumata görə, ABŞ Almaniyadakı 32 minlik qoşununu çıxarmağa hazırlaşır. Diplomatik mənbə bunun gələn həftə keçiriləcək NATO-nun sammitində müzakirə ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ İkinci Dünya Müharibəsindən sonra Almaniyada hərbi qüvvə yerləşdirib. ABŞ-ın bu ölkədəki hərbi bazaları Afrika və Yaxın Şərqdəki əməliyyatlarda istifadə edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər