Məşhur türkiyəli müğənni Tarkan uşaqlara böyük jest edib.
Teleqraf.com xəbər verir ki, iyulda ata olmağa hazırlaşan ifaçı dünyanın müxtəlif ölkələrindən gətirilən uşaq geyimləri və oyuncaqlarından alaraq, türkiyəli uşaqlara bağışlamaq qərarına gəlib.
Müğənni geyim və oyuncaqların qutulara yığılaraq paketləndiyini və Türkiyənin müxtəlif bölgələrindəki uşaqlara dəstək verən qurumlara göndəriləcəyini bildirib.
Qeyd edək ki, Tarkan ilə Pınar Tevetoğlunun qızı olacaq.