Almaniyada həbsdə olan “Əl-Qaidə” qruplaşmasının keçmiş lideri Bin Ladenin cangüdəni olmuş əslən tunisli Sami A deportasiya edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Annegret Korff bildirib. Sami.A bu gün səhər saatlarında Tunis polisinə təslim edilib.
Qeyd edək ki, Sami A. 1997-ci ildən bəri Almaniya hökumətindən müavinət alır.
Almaniya hökuməti Sami A. adlı şəxsin aya 1,168 avro məbləğində dövlət müavinəti aldığını təsdiqləyib.
Həmin şəxsin təhlükəsizliyi məqsədi ilə soyadı və atasının adı ictimaiyyətdən gizli saxlanılıb.
Sami.A ekstrimistlərlə heç bir əlaqəsinin olmadığını bildirir. O, hələ 11 sentyabr teraktından əvvəl Bin Laden mühafizə dəstəsindən ayrılıb. Tunisdə xüsusi xidmət orqanlarının ona işgəncələr verəcəyindən qorxduğundan hökumətdən sığınacaq istəmişdi. Uzun sürən məhkəmə araşdırmasından sonra Sami bu gün səhər Tunisə təhvil verilib.