Avropa İttifaqı və Yaponiya ABŞ-ın qəbul etdiyi qərarlara qarşı ticarət müqaviləsi bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu iki tərəf arasında bağlanmış ən böyük iqtisadi razılaşmadır.
Tərəflər arasında müqavilə Tokioda bağlanılıb. Avropa tərəfi adından mərasimdə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa şurasının prezidenti Donald Tusk, Yaponiyadan isə Baş nazir Sindzo Abeiştirak edib.