“Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Pyotr Poroşenkonun görüşü üçün konkret danışıq yoxdur”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktoru Yevgeni Perebiynis canlı yayım zamanı çıxış edib.
O, dövlət başçılarının görüşünün dəqiq tarixinin məlum olmadığını bildirdi:
“Biz, eyni zamanda, Ukraynanın Prezidenti də dialoqlara açığıq. Onların görüşü barədə müxtəlif variantlar, günün tarixi və yeri hələ ki müzakirə olunur”.
Qeyd edək ki, bazar günü Ukraynanın şərqində gedən vəziyyətin normaya salınması məsələsini müzakirə etmək üçün Ukrayna Xarici İşlər Nazirliyi Berlində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşəcək.