19 İyul 2018 10:16
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adnan Oktar və qrupu haqqında həbs qərarı verirlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xəbərə əsasən, İstanbul Respublika Prokurorluğu Adnan Oktar və qrupu ilə bağlı aparılan araşdırmalardan sonra 187 şübhəlidən beşi bəraət alıb, 182-si isə hakim qarşısına çıxarılıb.

Növbətçi Sülh Cəza Hakimliyinə çıxarılan 143 şübhəli “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib.

Şübhəlilərdən 14-ü sərbəst buraxılıb, 25-nin isə dindirilməsi davam etdirilir.


Müəllif: Ruslan

Oxşar xəbərlər