20 İyul 2018 10:48
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyonlarla lirə dəyərində olan villalarındakı dəbdəbəli yaşayışını A9 kanalı ilə yayımlayan Adnan Oktarın hakimin “Aylıq qazancınız nədir” sualına verdiyi cavab diqqət çəkib.

Teleqraf.com “Posta”ya istinadla xəbər verir ki, Adnan hakimə anamın verdiyi cib xərcliyi və kitablardan gələn gəlirlə birlikdə aylıq 3 min 500 lirə qazanıram söyləyib.

Uşaqları cinsi istismardan tutmuş hərbi cəsusluğa qədər 31 maddə ilə ittiham olunan Adnan Oktar və 167 müridi həbs edilib.

Qruplaşma lideri olmadığını söyləyən Oktar xalqın içində yaşadığını və dost çevrəsi geniş biri olduğunu vurğulayıb.

Zərərçəkmişlərin ifadələrinə əsasən, kişilər azyaşlı qızlarla birlikdə olarkən şəkillərini çəkib, ayrılmaq istəyəndə isə onları şantaj ediblər. Adnan Oktar isə davranışını bəyənmədiyi bir çox qadını hamının gözü qarşısında döyüb. Balaca qız uşaqları belə makiyaj etməyə və dekolteli libas geyinməyə məcbur edilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər