22 İyul 2018 08:25
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bəhai dininə mənsub olduğu üçün 1 il həbsə məhkum edilən Fəttanə Nəbilzadə cəzasını çəkmək üçün həbsxanaya salınıb.

Teleqraf.com xəbər verir ki, F.Nəbilzadə 2013-cü ilin avqust ayında Məşhəddə ETTELAAT-ın yerli əməkdaşları tərəfindən şəxsi mənzilində tutulub. O, inqilab məhkəməsi tərəfindən bəhai dininə inanmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandırılaraq 1 il həbsə məhkum edilsə də, az sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Bildirilir ki, bəhai xanım, iyulun 18-də inqilab məhkəməsinə çağırıldıqdan sonra barəsində çıxarılmış 1 illik həbsi çəkmək üçün Məşhədin mərkəzi həbsxanasına köçürülüb.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran konstitusiyası bəhailiyi ayrıca din kimi tanımır. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi yüzlərlə bəhai edam edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər