ABŞ-ın məxfi xidməti Rusiya prezidenti Vladimir Putinin Donald Trampa Helsinki sammiti zamanı hədiyyə etdiyi futbol topunu yoxlamadan keçirib.
Bu barədə Trend "The Associated Press" agentliyinə istinadən xəbər verir.
Təhlükəsizlik xidmətinin nümayəndələri qeyd edir ki, ABŞ prezidentinə hədiyyə edilən bütün əşyalar yoxlamadan keçirilir: "Top çox diqqətlə araşdırmadan keçirilib".
Xatırladaq ki, ABŞ və Rusiya prezidentiləri iyulun 16-da Helsinki şəhərində görüşüblər.