NATO İraqda hərbi baza açacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Qüvvələr Komandanı, general Jozef Votel bildirib.
O, deyib ki, İraqda hərbi bazanın qurulması gələn il yazda həyata keçiriləcək:
“Hərbi bazanın əsas məqsədi İraq əsgərlərinə təlim keçməkdir. Bu İraqın təhlükəsizlik sistemində həyata keçirilən islahatlara ciddi dəstək olacaq”,-general bildirib.
Xatırladaq ki, NATO baş katibi bir müddət əvvəl NATO-nun İraq təhlükəsizlik qüvvələrinə təlim keçmək üçün bu ölkəyə heyət göndəriləcəyini bəyan etmişdi.