Şimali Kipr Sülh Hərəkatının 44-cü ildönümü qeyd edilib.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar dünən həm paytaxt Levkoşada, həm də İstanbulda tədbirlər keçirilib. Levkoşada baş tutan tədbirə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, eləcə də Türkiyənin vitse-prezidenti Fuad Oqtay qatılıb.
Şimali Kiprdə bayram tədbiri türk əsgərinin ilk olaraq ayaq basdığı Girne çimərliyində başlayıb. Burada səhər saatlarına qədər simvolik olaraq “Şəfəq növbəsi” çəkilib.
Teleqraf.com 44 il əvvəl Türk Ordusunun Kipr adasına daxil olmaqsı barədə qərarın necə sanksiyalaşdırılmasının tarixini təqdim edir.
Türk ordusunun Kipr əməliyyatı dönəmin Baş naziri Bülənt Ecevitin “Turan Günəş bəyə deyin Ayişə tətilə çıxmaq istəyir. Hazırlıqlar tamamlanıb” parolu ilə başlayıb. Burada məqsəd ordunun Kipr adasında türklərin üz-üzə qaldığı zülmü ortadan qaldırmaq, axan qanı dayandırmaq olub.
1974-cü ilin 20 iyulunda Baş nazir Bülənt Ecevit Kiprdə başlayan türk qətliamını dayandırmaq üçün son həmləsini həyata keçirib. Əməliyyatda Ayişə adından parol kimi istifadə edilməsi də təsadüfi deyil. Ayişə Türkiyə xarici işlər naziri Turan Günəşin qızının adı olub.
Ecevitlə Turan Günəş arasında qərarlaşdırılan parola görə, “Aişə tətilə çıxsın” demək Türk Ordusunun Kiprdə türkləri qətliamdan qurtarmaq üçün əməliyyata başlaması anlamını verəcəkdi. Beləcə Ecevitin “Turan Günəş Bəyə deyin ki, Aişə tətilə çıxmaq istədi. Hazırlıqlar başa çatdırılıb” deməsi ilə ordu hərəkətə keçib.
Plana əsasən bir tərəfdən Magosa, digər tərəfdən Lefkeyeye daxil olmaqla türk tərəfinin sərhədləri müəyyən edilirdi. Əməliyyatda 498 əsgər, 70 kiprli türk mücahid və 270 Kipr türkü şəhid olub. Türk ordusu Kipr adasını şimal və cənub olmaqla ikiyə bölüb.
15 noyabr 1983-cü ildə isə Şimali Kiprin müstəqilliyinin elan edilməsi haqda qərar çıxarılıb. Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti mərhum Rauf Denktaş seçilib, bu ölkənin müstəqilliyini tanıyan ilk dövlət isə Türkiyə Cümhuriyyəti olub.
Kıbrıs Barış Harekatı 44 yıl önce böyle başladı