Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində şübhəli bilinən şəxsin fotorobotunu hazırlayıb.
Bu barədə "Daily Mail" nəşri xəbər verib.
Nəşrin məlumatına görə, təsvir müşahidə kameralarının Solsberidə çəkdiyi görüntülərdən alınıb.
Qeyd edək ki, hadisə beynəlxalq miqyaslı qalmaqala səbəb olub.