23 İyul 2018 11:48
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub.

Teleqraf.com xəbər verir ki, türk əsilli futbolçunun bu qərarı Almaniya mətbuatında bomba effekti verib.

Bəzi media qurumları Özilin millidən getməsinə haqq qazandırıb, digərləri isə bunu tənqid edib.

“Bild” nəşri Özilin millidən getməsi xəbərini manşet edib. Nəşr bu qərara Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə çəkilən şəkildən sonra başlayan mübahisələrin səbəb olduğunu bildirib.

“Spigel” “Özil Almaniya milli komandasından getdi” başlığından istifadə edib. Nəşr ona qarşı irqçilik və hörmətsizlik edildiyini qeyd edib.

“Augsburger Allgemeine” qəzeti, günahın Məsut Özildə olduğunu qeyd edərək, milli komandanın qapılarının tamamilə bağlandığını bildirib.

“Waz” qəzeti isə “Özil susqunluğunu pozdu” başlığı ilə təcrübəli futbolçunun milli komandaya vida etdiyini oxucularına çatdırdı.


Müəllif: Ruslan

Oxşar xəbərlər