Ağ evin sözçüsü Sarah Hukabii Sanders ABD prezidenti Donald Trampın gələn il Rusiya dövlət başçısı Vladimir Putini Vaşinqtonda qarşılamağa hazır olduğunu, eyni zamanda dəvət alacağı təqdirdə Trampın Moskovaya rəsmi səfər edə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbr verir ki, Sanders bu açıqlamanı Braziliya-Rusiya-Hindisdan-Çin-Güney Afrika (BRICS) ölkələri qrupunun Güney Afrikanın paytaxtı Johannesburqdakı zirvəsində çıxışı zamanı Putinin Trampı Moskvaya dəvət etməsindən az sonra verib.
Sanders qeyd edib ki, Tramp Putini Vashinqtonda dörd gözlə gözləyir və rəsmi dəvət alacağı təqdirdə özü Moskvaya getməyə hazırdır.
Qeyd edək ki, Putin çıxışında qeyd edib. "Trampı Moskvaya dəvət etməyə hazırıq. O, bu dəvəti artıq aldı. Mən söylədim" deyə bildirib.