29 İyul 2018 08:52
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Bizi hədələyirlər. Ortada nə baş verib ki, onlar “F-35”ləri tədarük etməkdən imtina ediblər. Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər