Keşiş Andru Bransonun dərhal evinə göndərilməsini istəyirik. Onun evə yola salınması çox gecikir.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert keçirdiyi mətbuat konfransında deyib.
Rahib Branson haqqında danışan sözçü xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Pance buna görə türk hökumətinə sanksiyalar tətbiq edilə biləcəyini dilə gətirib: “Rahibin azad edilib evinə göndərilməsi mövzusunu ABŞ hökuməti dəfələrlə Türkiyə hökuməti ilə müzakirə edib”.
Türkiyəyə tətbiq edilə biləcək sanksiyaların nədən ibarət olacağı haqqında açıqlama verməyəcəyini deyən Noyretə bildirib ki, rahibin ev dustaqlığına buraxılması doğru istiqamətdə atılan addım olar.
Ötən həftənin sonu ABŞ dövlət katibi Pompeo ilə Türkiyə xarici işlər naziri Çavuşoğlu arasında görüş keçirildiyini bildirən Dövlət Departamentinin sözçüsü əlavə edib ki, mövzu haqqında geniş açıqlama vermək niyyətində deyil: “Bu, həssas mövzudur”.
ABŞ Dövlət Departamentinin sadəcə rahib Brunsonu deyil, türk vətəndaşı olub ABŞ konsulluğunda işləyən və hazırda həbsdə olan şəxslərin də azadlığa buraxılması üçün çalışdıqlarını anladan Noyretə bildirib ki, bu yöndə hər şey edirlər: “Məqsədimiz insanlarımızı həbsdən çıxarmaq və evlərinə gətirməkdir”.