1 Avqust 2018 12:37
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycandan olan milli fəal Şahin Bərzgər İranın Daxili İşlər Nazirliyinin Təbriz idarəsinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, o, İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda ittiham edilir.

Lakin yaxınlarının bildirdiklərinə görə, fəal mərhum musiqiçi Həsən Dəmirçinin dəfn mərasiminə qatılıdığı və həbs edilmiş azərbaycanlı fəallara dəstək verdiyi üçün dindirilib.

Milli fəal Güney Azərbaycanla bağlı təbliğatı davam etdirəcəyi halda həbs ediləcəyi ilə hədələnib.

Polis tərəfindən saxlanılan Şahin Bərzgər dindirildikdən sonra Təbriz həbsxanasına aparılıb və oradan şəxsiyyəti vəsiqəsi və 70 milyon tümən qarşılığında sərbəst buraxılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər