8 Avqust 2018 16:45
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Türkiyədən Vaşinqtona gedən 9 nəfərlik heyətin dövlət katibinin müavini Con Sallivanla bu gün görüşəcəyini açıqlayıb.

Teleqraf.com “Haber7”yə istinadla xəbər verir ki, Ədliyyə, Energetika və Xarici İşlər nazirliklərindən üç nəfərin təmsil olunduğu nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sədat Önal başçılıq edir.

Qeyd edək ki, ABŞ-ın Türkiyənin Daxili işlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etməsi ilə tərəflər arasında diplomatik böhran yaşanıb.

Dünən KİV-lər Türkiyə və ABŞ arasında qarşılıqlı sanksiyaları dayandırmaq və diplomatik böhranı həll etmək barədə razılaşma əldə edildiyini yazıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər