Venesuela parlamenti Prezident Nikolas Maduroya sui-qəsd cəhdində günahlandırılan sabiq spiker, müxalifət lideri Julio Borges və müxalifətçi deputat Juan Requesensenin toxunulmazlığını ləğv edib.
Teleqraf.com xəbər verir ki, səsvermə zamanı Kolumbiyada yaşayan Borges və hazırda həbsdə olan Requesensenin toxunulmazlığının ləğv edilməsinə qarşı heç kim çıxmayıb.
Parlamentin sədri Diosdado Kabello deyib ki, Borges və Requesensenin sui-qəsd cəhdinin təşkilatçısıdır: “Hazırda onlarla bağlı araşdırma aparılır. Ədalət yerini tapacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Venesuela Prezidenti Maduro paytaxt Cakartada düzənlənən hərbi parad zamanı sui-qəsdə məruz qalıb. Hadisə zamanı prezident xəsarət almasa da, yeddi əsgər yaralanıb.