12 Avqust 2018 19:43
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Mərkəzi Seçki Komissiyası 25 iyulda keçirilən parlament seçkilərinin yekun nəticəsini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, yekün nəticəyə əsasən, heç bir partiya təkbaşına hökumət qura bilməyəcək.

Parlamentdə ən çox deputat mandatı qazanan Pakistan Ədalət Hərəkatı Partiyası olub. İmran Xanın liderliyində seçkiyə gedən bu partiya 158 deputat mandatı qazanıb.

Pakistan Müsəlmanlar Liqası isə 82 mandat qazanıb.

Pakistan Xalq Partiyası deputat sayını 42-dən 53-ə yüksəldə bilib.

5 partiyanın qurduğu Birləşmiş Xalq Hərəkatı isə 15 deputat yeri əldə edib.

Pakistan parlamentinə 5 müstəqil deputat da seçilib. İki deputat yeri isə namizədlərin öldürülməsi səbəbindən boş qalıb.

Qeyd edək ki, Pakstan parlamenti 342 deputatdan ibarətdir. Onların 272-si seçkilərlə müəyyən edilir. Qalan 70 deputat mandatını isə qadınlar və milli azlıqlar əldə edir.

Pakistanda təkbaşına hökumət qurmaq üçün partiyaların 172 deputat mandatı qazanması vacibdir.


Müəllif: Cavad

Oxşar xəbərlər