Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzondakı çıxışında ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiya, milli valyutanın dollar qarşısında sürətlə dəyər itirməsi haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan qeyd edib ki, Türkiyəni tanısaydılar diz çökməyəcəyini bilərdilər: "Batmış, bitmiş bir Yunanıstana reytinq verən təşkilatlar Türkiyənin kredit indeksini aşağı salırlar. Türkiyənin indeksini aşağı salsan nə olar, salmasan nə olar? Hansı durumda olduğumuzu yaxşı bilirik. Yalan məlumatlarla Türkiyənin müqavimətini qıra biləcəklərini düşünürlər. Bunlar türk millətini zərrə qədər tanımırlar. Tanısaydılar bu millətin Allahdan başqa bir gücün önündə diz çökməyəcəyini bilərdilər. Tariximizi oxusaydılar, müstəqilliyimizdən, milli qürurumuzdan əsla ödünc verməyəcəyimizi bilərdilər. Türkiyəni, türk millətini təhdid etmək heç kimsənin həddi deyil".
Ərdoğan iş adamlarına səslənərək bildirib ki, banklara gedib pulları geri götürmək fikirinə düşməsinlər: "Battıq, bittik deyib işinizi ehtiyatlı tutaq kimi fikirə düşməyin. Əgər belə bir yola əl atsanız, yanlış edəcəksiniz. Bu milləti ayaqda tutmaq tək bizim işimiz deyil. İş adamlarının da üzərinə məsuliyyət düşür. Əks təqdirdə biz də, başda şəxsim olmaqla, B, C planlarını tətbiq etmək zorunda qalarıq. Türkiyə 16 il öncəyə baxanda indi daha güclüdür. Bəzi xəbərlər alıram ki, iş adamları mallarını depolarda, bazalarda saxlayırlar, satmırlar. Bu nə deməkdir? Satacaqsan. Yoxsa bədəlini ödəyəcəksən. Mən bunu vətənə xəyanət kimi qəbul edirəm. Əgər milli, yerli deyilsənsə bunun bədəlini ödəyəcəksən".