Pakistanda motosikletlə hərkət edən iki sürücüdən birinin marketə atdığı əl qumbarası 14 nəfərin yaralanmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Noşki bölgəsində baş verib.
Yaralıların həyatına ciddi təhlükə yoxdur. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Polis Noşki bölgəsinə giriş-çıxışı məhdudlaşdırıb.