Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2008-ci il martın 1-də İrəvanda 32 nəfərin həlak olması ilə müşayiət olunan qırğına görə istintaqa ifadə verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçaturyan açıqlama verib:
“Hər kəs, bu məsələ ilə əlaqəsi olan hər bir şəxs istisnasız olaraq sorğulanacaq. Serj Sərkisyan da bura daxildir”.
O, məsələ ilə əlaqədar barəsində irəli sürülmüş ittiham təsdiqini tapacağı halda Serj Sərkisyanın həbs ediləcəyini istisna etməyib.
Qeyd edək ki, avqustun 13-də Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçaryan barədə olan qərarı dəyişərək, onun həbsdən azad edilməsi barədə qərar verib.