17 Avqust 2018 17:22
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə parlamentinin deputatı Dersim Dağ öldürülən PKK terrorçusunun dəfn mərasiminə qatılmaq istəyib.

Teleqraf.com xəbər verir ki, olay Tunceli vilayətində yaşanıb.

Bir neçə gün əvvəl Türkiyə Daxili İşlər Nazirliyi başına 600 min türk lirəsi qoyulan və bürünc siyahı üzrə axtarışda olan, PKK-nın “Qərb Cəbhəsi” üzrə səlahiyyətli nümayəndəsi, “Jinad” kod adlı Pinar Yıldırımı iki terrorçu ilə birlikdə zərərləşdirdiyini açıqlayıb.

Məlum olub ki, terrorçunun cənazə mərasiminə qatılmaq üçün 35-40 nəfərlik qrup Tunceliyə gəlib. Onların arasında HDP-dən deputat seçilmiş 22 yaşlı Dersim Dağ da olub.

Dersim Dağ terroristin cənazəsinin saxlanıldığı kəndə doğru istiqamət alıb. Təhlükəsizlik qüvvələri onun kəndə girişinə icazə verməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər